İspaniya nəhəngləri “Barselona” və “Real” bu ay beynəlxalq turnirdə üz-üzə gələcəklər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, iyulun 29-da keçiriləcək görüş üçün biletlərin qiymətləri astronomik məbləğdədi.

Beynəlxalq Çempionlar Kuboku turniri çərçivəsində ABŞ-ın Mayami şəhərində baş tutacaq oyunun biletləri, əslində mart ayında satışa çıxarılmışdı. Həmin vaxt cəmi 20 dəqiqə ərzində bütün biletlər satılmışdı.

Ancaq fanatlar yenidən “El Klasiko”ya bilet əldə etmək imkanı qazanıblar. Ancaq “təkrar bazar” adı altında satılan biletlərin qiyməti 283 dollardan başlayır. Ən bahalı bilet isə nə az, nə çox, düz 10 min dollardı.

Qeyd edək ki, “Real”la “Barselona” avqustda İspaniya Superkuboku çərçivəsində daha 2 dəfə üz-üzə gələcəklər.