Abşeron rayonunda azyaşlı eyvandan küçəyə yıxılıb, xoşbəxtlikdən ölüm olmayıb. AzEuroNews.com-un məlumatına görə, Məhəmmədi qəsəbəsində nəzarətsiz vəziyyətdə qalan 1 yaşlı Hüseyn Ziya oğlu Quliyev beşmərtəbəli binanın birinci mərtəbəsinin eyvanından yerə yıxılıb. O, ağır kəllə-beyin travması alaraq valideynlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Eyni zamanda azyaşlının həyati təhlükəsinin aradan qaldırıldığı bildirilir. Faktla bağlı polis tərəfindən araşdırma da aparılır.