Xəzər TV-də yayımlanan “Nəsib olsa” proqramı birdəfəlik efirlə vidalaşır. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəlcə yayıma həftədə bir dəfə başlayan, daha sonra həftə içi hər gün tamaşaçı qarşısına çıxan proqram yayımdan qaldırılır.

Azərbaycanda ən böyük pavilyona sahib şousu iyulun 31-də sonuncu dəfə yayımlanacaq. Proqramın bağlanma səbəbi elə həmin gün aparıcı Nəsib Nur tərəfindən açıqlanacaq.

Bildirilir ki, final bölümündə əməkdar artist Röya Ayxan və layihənin bütün kollektivi iştirak edəcək.