Öz viskisi ilə tanınan Şotlandiyadan olan alimlər hətta avtomobilə də bu tanınmış milli içkini “içməyi” öyrədiblər.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, avtomobil artıq yolda ilk uğurlu sınağını da keçib.

Avtomobilin çəninə biobutan adlanan yeni növ yanacaq doldurulub. Bu yanacağı viski istehsalında əldə edilən tullantılardan yaradıblar və ona distillat əlavə edilib.

Test-drayvın şahidləri deyirlər ki, “içkili” maşın yollarda özünü olduqca əla aparır və qeyri-adi benzinlə doldurulduğunu büruzə vermir.

Mühərrikin tərtibatı ilə məşğul olan şirkət artıq yeni yanacağın istehsalını həyata keçirəcək zavodun inşası üçün qrant alıb.