Əməkdar artisti Manana Caparidze yeni klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, klip “Party Music” mahnısına çəkilib. Ekran işinin rejossorluğu Ceyhun Kərimova həvalə olunub.

Bəstənin musiqisi Albert Coller, sözləri isə Müşviq Abbasova məxsudur.

Manana klipdə fərqli imicdə görünüb. Onun stili üzərində Anar Ağakişiyev çalışıb.