Düsseldorf- 
Almaniyada 19 il yaşayan ailə Azərbaycana göndərilib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “LEGAT” hüquq firmasından məlumat daxil olub.

Məlumatda deyilir ki, həmin ailə Almaniyada fərqli adla qeydiyyatda keçib: “19 il fasiləsiz olaraq Almaniyada fərqli adla (səhv anket məlumatları ilə) yaşayan bir ailə Almaniyadan inzibati qaydada çıxarılmaqla Azərbaycan Respublikasına göndərildi. Təbii ki, qəbul olunan qərar tam qanuni və əsaslıdır. Vəkilinin cəhdlərinə və müxtəlif səlahiyyətli orqanlara çoxsaylı müraciətlərinə baxmayaraq o ailəyə yardım etmək mümkün olmadı”.

“LEGAT”dan verilən məlumatda vurğulanır ki, fərqli adlarla yaşayan soydaşlarımıza öz təşəbbüsü ilə haqlarında olan yanlış məlumatlara düzəliş etmələri tövsiyə edilir: “Günlərin birində bu hadisənin sizinlə də baş verməsini gözləməkdən bu daha yaxşı nəticə verə bilər”.