“Facebook” şirkəti 2017-ci il iyulun sonuna öz messencerində tam ekranlı reklamın göstərilməsini işə salacaq.

İKT.lent.az-ın məlumatına görə, reklam elanları və bannerlər hazırda “Facebook” lentində statuslar arasında dərc olunduğu kimi, istifadəçinin ismarıcları arasında da çıxacaq.

Yenilik artıq Avstraliya və Tailandda sınaqdan keçirilib. Artıq reklam beta-versiya qismində bütün dünya üzrə istifadəçilərdə göstərəcək. “Facebook” messencerində tam ekranlı reklamın göstərilməsi ayın sonuna yaxın başlayacaq.