Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətləri artırılıb.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanununda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, dövlət qulluğuna yeni qəbul qaydalar, sertifikasiya prosesi, dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının reyestrinin aparılması qaydaları, bu zaman yaranan problemlər və onların həlli istiqamətində görüləcək işlər, dövlət qulluğuna qəbul ilə bağlı elektron imtahanların təşkili DİM-ə tapşırılıb.

Həmçinin, Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçularının etik davranışlarına əməl olunmasına nəzarəti DİM edəcək.

Bundan sonra vətəndaşlar dövlət məmurlarının qeyri-etik davranışlarından DİM-ə şikayət edə bilərlər.