Ukrayna Prezidenti Pyotr Poroşenko Avropa Birliyini Krımın Ukraynaya qaytarılması məsələsində aktiv siyasət aparmağa çağırıb.

Axar.az xəbər verir ki, o bu barədə Ukrayna-AB sammitinin yekunlarına dair brifinqdə çıxışı zamanı deyib.

“Biz müzakirələri sürətləndirməyə qərar verdik. Hazırda Krımın Ukraynaya qaytarılması məsələsində aktiv strategiyaya keçmək üçün bütün zəruri şərtlər formalaşıb. Rusiya Krımı təhdidlərlə dolu bir adaya çevirib”, – Poroşenko bildirib.

Xatırladaq ki, 2014-cü ildə Ukraynadakı hakimiyyət çevrilişindən sonra fevral ayında Krım və Sevastopol referendum keçirmək qərarı almış, may ayında baş tutan referendumda isə 95.6 faiz sakinin qərarın lehinə səs verməsi ilə Rusiyanın tərkibinə keçmişdilər.