Hindistan sakinindən dünyanın ən uzun dişi çıxarıldı.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, dişin uzunluğu 3,67 santimetr təşkil edib. Bundan əvvəlki rekordçunun dişi bundan beş millimetr qısa çıxıb.

3a64d27887fc6322ffcbf944628b0dd8__980x

18 yaşlı Urvil Patel hind şəhəri olan Vadodarada, stomatoloqlara müraciət edərək dərhal dişini çəkdirib. Mirror qəzetinin yazdığına görə, gəncin dişi rekord uzunluqda olub.

Bildirilir ki, əməliyyat anesteziya altında keçirilib və 30 dəqiqə davam edib.