Venesuela Prezidenti Nikolas Maduro özünü İraqın keçmiş lideri Səddam Hüseynlə müqayisə edib.

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

Venesuelanın dövlət televiziyasının yayımladığı çıxış zamanı prezident hərbi geyimdə olub. Məhz başındakı qırmızı beretə görə özünü Səddam Hüseynə bənzədən Nikolas Maduro çıxışı zamanı ölkə gündəminə dair bir çox məsələlərdən danışıb.

Xatırladaq ki, Səddam Hüseyn rejimi 2003-cü ildə koalisiya qüvvələrinin İraqa daxil olmasından sonra devrilmişdi. Səddam Hüseyn 2006-cı ilin dekabrın sonunda 148 nəfərin ölümündə ittiham olunaraq edam edilmişdi.