Suriya Silahlı Qüvvəli Baş Qərargahı Hələb şəhərinin İŞİD-dən tamamilə azad edildiyini və bölgədə yaşayanların evlərinə geri dönə biləcəklərini açıqlayıb.

“Qafqazinfo” Tasnim-ə istinadən xəbər verir ki, hazırda şəhərin digər hissələrinin də terrorçulardan təmizlənməsi üçün əməliyyatlar aparılır.

Qeyd edək ki, Hələbdə gedən savaş səbəbindən 100 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.