Çin Hindistana raket zərbəsi endirib.
“Ölkə.Az” xəbər verir ki, hücum nəticəsində 158 hindli əsgər həlak olub, bir çoxu isə yaralanıb.
İnsident Hindistanın Sikkim vilayətində baş verib. Çin hərbçiləri hücumda top, pulemyot və raketdən istifadə ediblər. Çin rəsmiləri Pakistanın tələbi ilə Pakistan və Hindistan arasındakı Kəşmir probleminin həllində yardımçı ola biləcəyini bəyan edib.
Ötən aylarda da Çin-Hindistan sərhədindəki Sikkim əyalətində iki ölkənin silahlı birləşmələri üz-üzə gəlmişdi.