ABŞ prezidenti Donald Tramp Yuta ştatının keçmiş qubernatoru Con Hantsmanı Rusiyaya səfir təyin edəcək.

“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin adının açıqlanmağını istəməyən nümayəndəsi bildirib.

Qeyd olunur ki, 57 yaşlı C. Hantsman 2009-2011-ci illərdə ABŞ-ın Çində səfiri olub.