Qarpız alarkən diqqətli olmaq lazımdır. AzEuroNews.com“Xəzər xəbər”ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bəzi görüntülər izləyənlərin marağına səbəb olub. Belə ki, paytaxt sakini qarpız alıb kəsmək istədikdə içərisindən su qaynayaraq çıxmasının şahidi olub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu halın vətəndaşa satılan qarpızın xarab olması ilə əlaqədar olduğunu deyir.

Qarpız satanlar isə buna səbəb kimi həmin qarpızın tarladan gec yığılması və köklərinin yanması ilə əlaqədar olduğunu deyirlər. Onların sözlərinə görə, qarpız alarkən onun saplağına fikir vermək lazımdır.

Dövlət Fitosanitar Nəzarəti Xidmətindən isə bildirildi ki, əgər vətəndaşlar belə hallarla qarşılaşırlarsa, 16-52 çağrı mərkəzinə müraciət edə bilərlər. Bu halda qarpızın satıldığı yerdən nümunə götürülərək analiz aparılacaq.