11 yaşlı yeniyetmə qızı maşın vurdu. AzEuroNews.com-un məlumatına görə, hadisə Bakının Binəqədi rayonunda baş verib. Xırdalandan Balaxanıya gedən yolda 2006-cı il təvəllüdlü Minayə Elçin qızı Səfərlini “Mercedes” markalı avtomobil vurub. Azyaşlı qız ağır xəsarət alıb. Bunu görən sürücü yaralını avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Hadisə barədə polis məlumatlandırılıb. Qəzaya səbəb olan sürücü saxlanılıb. Maşın isə, cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.