Dünya praktikasında ilk yaşanıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq marixuana satışı leqallaşıb.

Bu ilkə imza atan ölkə Uruqvaydır. Belə ki, ölkə konqresi marixuananı leqal şəkildə becərməyə, satmağa və istifadə etməyə icazə verən qanun layihəsini qəbul edib. Bildirilir ki, kommersiya məqsədilə dövlətin nəzarətində olacaq. Məlumata görə, narkotik vasitə artıq dövlətin nəzarəti altında ayrı-ayrı apteklərdə satılır və 1 qramın qiyməti təqribən 1,30 dollardır.

Qeyd edək ki, ölkədə marixuananın leqallaşdırılması ideyasını prezident Xose Muxika verib. Onun fikrincə, bununla narkotik qara bazarını ləğv edilə və insanların daha ağır vasitələrə qurşanmasının qarşısı alına bilər.