Rejissor Fuad Əlişovdan ayrılan Sevinc Əliyeva yenidən aktrisa kimi fəaliyyətə başlayıb.

Axşam.az-ın məlumatına görə, o, bu haqda “Atv maqazin onlarla” verilişində deyib.

Sevinc bildirib ki, övladları üçün çalışmaq məcburiyyətindədir:

“Qadın hər zaman çalışmalıdır. Mənim işləməyim övladlarım üçündür. Məcburam işləyim ki, balalarım heç kimdən əskik yaşamasınlar. Bütün boş vaxtımı uşaqlarla keçirirəm. Bütün günü bağçada olurlar. Bazar günü onlar hara istəyirlər gedirik. Artıq birinci gündən bazar günü üçün plan qururlar.

Böyük oğlum Suadın gözəl səsi var, mahnını qəşəng oxuyur. Qızım bütün günü şəkillər çəkdirir. Övladlarım hansı sahəni istəsələr, onlara mane olmayacam”.

Sevin ikinci dəfə ərə gedib-getməyəcəyi ilə bağlı suallara isə belə cavab verib:

“Hələ düşünmürəm. Bu gün deyirəm ki, heç vaxt ikinci dəfə ərə getməyəcəm. Fikrim odur ki, uşaqlarımla yaşayım, işləyim.

Uzun müddət efirdən uzaq qaldım. Bir ara dedim aktrisalıq etməyəcəm. Amma gördüm ki yox. ATV-də yeni seriala çəkiləcəm”.