“Çelsi” “Real Madrid”in hücumçusu Alvaro Moratanı transfer edib.

“Qafqazinfo” xəbər verir ki, transfer hər iki klubdan rəsmi açıqlanıb.

Məlumata görə, 24 yaşlı futbolçunun keçidi üçün 80 milyon avro ödəniləcək və 4 illik müqavilə imzalanacaq.

Morata yaxın günlərdə tibbi müayinədən keçmək üçün Londona yollanacaq.

Məlumat üçün bildirək ki, “Real Madrid” öz yetirməsi olan Moratanı 2014-cü ildə 20 milyon avroya “Yuventus”a satmış, 2016-cı ildə isə 30 milyona geri qaytarmışdı.

Morata bu transferlə ən bahalı ispan futbolçu ünvanını da ələ keçirib. Ona qədər isə rekord 2011-ci ildə “Çelsi”dən “Liverpul”a 58 milyona keçən Fernando Torresə məxsus idi.

Qeyd edək ki, ispan hücumçu bu mövsüm “Çelsi”nin aldığı 4-cü futbolçu olub. “Zadəganlar” bu ay Romelu Lukakunu “Everton”dan 85 milyon avroya, Tiemu Bakayokonu “Monako”dan 40 milyon avroya və “Mançester Siti” ilə müqaviləsi bitən Vili Kabaleyronu heyətinı qatıb.

Bununla da “Çelsi”nin bu günə qədər transferlər üçün xərclədiyi məbləğ 205 milyon avroya çatıb.