Xətai rayonunda evdən meyid tapılıb. AzEuroNews.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə yollanıb. Mənzilin qapısı xüsusi alət və avadanlıqların köməkliyi ilə açılıb. Mənzilə daxil olan xilasedicilər oradan 61 yaşlı Heydərov Səttar Qambay oğlunun meyidini aşkar ediblər. Meyid müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə təhvil verilib. Faktla əlaqədar Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.