Gəncədə yol qəzası baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Yolu keçən ana və övladı “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Nəqliyyat vasitəsi daha sonra “Daewoo” markalı avtomobilə çırpılıb. Sürücü dərhal yaralıları şəhərdəki xəstəxanalrdan birinə aparıb. Göstərilən tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının vəziyyəti isə ağır qiymətləndirilir. Sürücü hadisədən sonra polisə təslim olub. Fakt araşdırılır.

9a5710f1-f4c9-44e0-9246-e0b1c21ebc94 34253749-12b0-4473-bc12-e04903e5b3ac b0366fe2-8bd1-4670-bf88-f74188fdf0cd