“Amazon” onlayn mağazasında videoyazı funksiyası olan eynəklər satışa çıxarılıb.

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, “Snap’s Spectacles” eynəkləri hər iki şüşəsində video yazmaq imkanında olan unikal kamera ilə təchiz edilib.

Bu möcüzəvi texnikanı “Snap” şirkəti istehsal edir. Ötən payız bu eynəklər ictimaiyyətə təqdim edilib və o zamandan bəri onun ətrafında ajiotaj səngimir.

Eynəklər qeyri-müəyyən zamanda 30 saniyəlik videolar yazır və özləri nə zaman yazmaq lazım olduğunu seçirlər. Çəkilən materiallara sonradan öz smartfonunda baxmaq mümkündür.

“Amazon”da bu eynək 130 dollara satılır. Onlar üç rəngdə – göy, qırmızı və qara rənglərdə təqdim olunub.