Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyənin Qatara dəstək verməsindən sonra Ermənistanla işbirliyinə qərar verib. AzEuroNews.com-un məlumatına görə, Ermənistana səfər edən BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed qondarma “soyqırım” abidəsini ziyarət edərək çələng qoyub.

Nazirin Ermənistanı ziyarəti isə, bu ölkə ilə işbirliyində olmaq istəmələri ilə bağlıdır. Türkiyənin Qatara dəstək verməsindən sonra BƏƏ-nin qardaş ölkə ilə münasibətləri tamamilə soyuyub. Nazirin qondarma “soyqırım” abidəsini ziyarət etməsi ilə, iki ölkə arasındakı ipləri tamamilə qopub.