Toy karvanındakı avtomobillərin nömrələri müxtəlif şüarlarla bağlanılır, avtomobillərin sürücüləri yol boyu avtoxuliqanlıq edərək həm öz, həm də digərlərinin həyatını təhlükəyə atırlar.

AzEuroNews.com “Xəzər xəbər”ə istinadən xəbər verir ki, yol polisi belə görüntülərin təkrarlanmaması üçün sürücülərə xəbərdarlıq edib və reydlərin keçiriləcəyini bildirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, bəy-gəlin avtomobilinin sürücüsü də qayda pozarsa, saxlanılacaq və qanuna uyğun tədbirlər həyata keçiriləcək.

Yol polisinin rəsmisi bildirir ki, hətta yol polisləri ərazidə olmasalar belə, qayda pozan sürücülər aşkarlanaraq cərimələnəcək, xüsusilə də kameralarla karvanların hərəkətinə ciddi nəzarət ediləcək.

Vaqif Əsədov bildirir ki, təkcə bu il ərzində toy karvanlarında 4 qəza qeydə alınıb, o cümlədən kameralar vasitəsilə 55 sürücü barəsində elektron protokol tərtib edilib.

[youtube https://www.youtube.com/watch?v=OOywEcLVyLY]