Sumqayıtda olan “SOCAR Polymer” MMC zavodunda kütləvi zəhərlənmə olub. Bu barədə AzEuroNews.coma sözügedən zavodun işçiləri məlumat veriblər. Onların sözlərinə görə, kimyəvi maddədən zəhərlənən işçilərin xəstəxanalara çatdırılması üçün onlarla təcili yardım maşını zavodun ərazisinə gəlib.

“Zəhərlənmə ilə bağlı zavodda birinci dərəcəli “həyəcan” elan olundu. Zəhərlənənlər həddindən artıq çoxdur. İşçilərin çoxu zavoddan evakuasiya edildi. Bəzilərinin vəziyyəti çox ağırdır” deyə zavodun işçisi bildirib.

Məlumat üçün bildirək ki, 2013-cü ildə yaradılan zavodda 300-dən artıq işçi çalışır.