Bakıdakı Kooperasiya Universitetinin binasında yanğın başlayıb. AzEuroNews.com-un məlumatına görə, yanğın Ziya Bünyadov prospektində yerləşən əsas binada qeydə alınıb. Belə ki, idman zalında baş verən yanğın tez bir zamanda digər sinif otaqlarına da yayılmağa başlayıb. Hadisə yerinə xeyli sayda yanğınsöndürən cəlb olunub.

Məlumat üçün bildirək ki, hazırda universitetdə imtahan keçirilir.