Müğənni Samira Allahverdi yeni mahnısını təqdim edib. 
Söz və musiqisi Muxtar Abseynova məxsus olan mahnı “Sahildə” adlanır. Müğənni yeni işin necə ərsəyə gəlməsindən söz açıb:
“Muxtar mahnını göstərdi. Mən də bəyənib tez yazdırdım. Dedim ki, qoy, yayın hiti olsun, İnşallah. Qalan söz isə dinləyicilərindir. Bu onunla artıq 6-cı işimizdir”.
Samira klip çəkdirmək barəsində hələ qərarsız olduğunu bildirib:
“Hələ dəqiq bir şey bilmirəm. Ola bilsin ki, fotosessiya tərzində klip çəkdirəcəm”.