Beynəlxalq planetoloqlar Ayın oyuqlarında suyun olmasını kəşf ediblər. Trend-in məlumatına görə, bu barədə elmi məqalə tədqiqatçılar tərəfindən “Nature Geoscience” jurnalında dərc edilib.

Mütəxəssislər bu qənaətə Hindistanın “Chandrayaan-1” peykindən əldə olunan informasiyaları öyrəndikdən sonra gəliblər.

Bundan başqa, Ayın kolgədə qalan kraterlərində buzlu su olduğu da bildirilir.