Türkiyəli müğənni Kibariyənin Azərbaycanda kimin toyuna gəldiyi məlum olub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məclisin sahibi şəmkirli iş adamı Vəliyev Quludur.

O, oğluna Şəmkirdə 4 gün, 4 gecə toy edib. Özəl günə Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu “Kabriol” və başqaları iştirak edib.

Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub.

Qeyd edək ki, V. Quliyevin Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir.