Türkiyənin məşhur ulduzu Hadisə “Elle” jurnalına müsahibə verib. 

“Qafqazinfo” xəbər verir ki, müğənni şəxsi həyatı barədə maraqlı açıqlamalar verib:

“İndi heç kəsi sevmirəm. Həyatımda bir dəfə eşq yaşamışam. O da ilk sevgilim olub.  Xeyli vaxt keçib. Əslində, mən sevən Hadisəni bəyənmirəm.Sevəndə duyğularımı çox dərin, sərt və həyəcanlı yaşayıram.Qısası, özümü itirirəm. Həyatımda evlənəcəyim biri olsa, övlad sahibi olmaq istəyərəm. Mənimlə 3, 4, bəlkə də 5 övlad dünyaya gətirməkdən qorxmayan birini istəyirəm”.

Hadisə çəkisiylə bağlı tənqidlərə cavab verib:

“Mübarizə aparan biriyəm. Kiminsə dedikləri ilə hərəkət etmirəm. Özüm necə xoşbəxtəmsə, elə də həyatımı yaşayıram. Dünyada bir az çəkinin olması qəbul edilib. Bizim ölkədə isə bir qədər dolu olanı kök kimi qələmə verirlər”.