“Eurovision 2012″nin iştirakçısı Səbinə Babayeva “Can” adlı mahnısına çəkdirdiyi klipinin tizerini təqdim edib. PrimeTime.Az xəbər verir ki, ekran işinin çəkilişləri Dənizkənarı Milli Parkda baş tutub. Qeyd edək ki, S.Babayeva “Can” mahnısını ilk dəfə İslam Oyunlarının bağlanış mərasimində ifa edib.