Heydər Əliyev prospektində sürət həddi əvvəlki səviyyəyə qaytarılıb.
AzEuroNews.com xəbər verir ki, bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
“Bu səhər Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsindən sonra zolaqlardan birində sürət həddi 90 km/saatdan 60 km/saata endirilmişdi. Hazırda isə sürət həddi əvvəlki səviyyəyə, yəni 90 km/saata qaytarılıb”, – deyə o qeyd edib.