Suriyanın atəşkəs elan edilən Şərqi Quta bölgəsi bombardmana məruz qalıb.
“Ölkə.Az” xəbər verir ki, hadisə şahidlərinin sözlərinə əsasən, çox yüksəkdən uçan rus qırıcları eyni bölgəni yenidən vurublar.
Hücumdan sonra çəkilən fotolarda çiynində yaralı övladını aparan insanın görüntüsü diqqətləri üzərinə çəkib.
“Reuters”in xəbərinə əsasən hücum nəticəsində 8 nəfər mülki vətəndaş həlak olub. Onlardan beşi uşaqdır. Kanala müsahibə verən Arbin sakinlərindən iki nəfər qəsəbəni bombalayan qırıcıların Rusiyaya aid olduğunu bildirib.
Moskva isə bu ittihamı kəskin şəkildə rədd edir.