Kanada həmişə insanların maraq dairəsində olan ölkələrdəndir. Ələlxsus da səyahət sevənlərin ən çox baş çəkdiyi məkandır.
AzEuroNews fins.az-a istinadən xəbər verir ki, bu ölkədə 175 min azərbaycanlı yaşayır. Turistlərin bu ölkədə ən çox səfər etdikləri yerlərdən biri də Niaqara şəlaləsidir.
Bundan başqa Ottava, Kvebek və Monreal şəhərləri də turistlər tərəfindən böyük maraqla qarşılanır.
Əvvəla onu deyək ki, heç də bütün turizm şirkətləri Kanadaya turpaket təqdim edə bilmirlər. Yalnız birma olub ki, Ottavaya iki nəfərlik səfərin qiyməti 2590 dollardır (4 406 manat).
Qiymətə aviabiletlər, 3 ulduzlu “Best Westernvplus Mont Laurier” hotelində yerləşmə, səhər yeməyi, səfər sığortası daxildir.
Toronto şəhərinə təşkil edilən iki nəfərlik turun qiyməti 3462 dollardır (5 899 manat). Bu qiymətə aviabiletlər və iki nəfərin 3 ulduz Novotel Toronto Mississauge Centre-də qonaqlaması daxildir.
Məlumat üçün bildirək ki, Kanadaya viza rüsumu 160 dollardır (272 manat). Əgər viza alanda anketləri doldurmaq üçün xidmətdən istifadə etsəniz, həmin xidmət üçün 100 dollar əlavə ödəniş etməlisiniz.
Həmçinin, Kanadaya səfər etmək üçün həmin şəxsin adında mülk olması daha yaxşıdır. Bundan başqa səfər edənin bank hesabında 7-8 min dollar (12-14 min manat) olmalıdır.