“Americas Got Talent” istedad yarışmasının rəsmi yutub kanalında verilişə qatılan qubalı qardaşlar: Hüseyn və Laçın Əbdülquluhüseynovun yeni çıxışları təqdim olunub.

Publika.az xəbər verir ki, istedadlar şousunun ikinci çıxışında da pəhləvanlar həm münsiflər heyətini, həm də tamaşaçıları heyrətə gətirə bilib. Epizodda qardaşlardan birinin mismarı dişləri ilə lövhələyə vurması maraqla qarşılanıb.

Xatırladaq ki, qubalı pəhləvanlar yarışmanın ilk çıxışında qeyri-adi güc və inanılmaz dözümlülük nümayiş etdirərək münsiflər heyətinin üzvlərini şoka salmışdı. Münsif heyətinə məşhur model Haydi Klum, Melani Bi, Saymon Kouell və Xoui Mendel daxildir.

“Americas Got Talent” NBC telekanalının layihəsi və “Got Talent” franşizanın bir hissəsidir. İstedadlar şousunda müğənnilər, rəqqaslar, hoqqabazlar, komediantlar və başqa istedadlı insanlar iştirak edir. Qalibi 1 milyon dollar mükafat gözləyir.