ABŞ-ın Ohayo ştatında parkda faciə baş verib.

“Qafqazinfo” xəbər  verir ki, bu barədə “NBC4i” telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, insident yarmakanın açılış günü qeydə alınıb. Attraksionun qırılması nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

[youtube https://www.youtube.com/watch?v=3QV_zTsmr1Q]