Türkiyənin gənc ulduzu Aleyna Tilki yeni layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, 17 yaşlı müğənni “Sen olsan bari” adlı yeni klip və mahnısını yayımlayıb.

Ekran işinə 15 dəqiqə ərzində 350 mindən çox insan izləyib, 7 mindən çox şərh gəlib.

Həmin layihənin 21 saniyəlik görüntülərini isə 24 saat-da yarım milyondan çox insan baxıb.

Alenya klipi barədə tvitter hesabında paylaşım edib:

“Gənclər, məni sevməyənlər! Yeni mahnımı səhvən, və ya istəmədən də olsa bəyənəcəksiz, üzgünəm. Məncə, indidən tənqidlərdən əl çəkin”

Qeyd edək ki, Tilkinin “Cevapsız Çınlama” adlı klipinə 300 milyondan çox insane izləyib.