Aparıcı Lamiyyə Ələkbərqızının uzun illərdir çalışdığı “Lider” telekanalı ilə yollarını ayırdığı xəbəri yayılıb.

Sözügedən telekanalda həm də direktor müavini kimi fəaliyyət göstərən aparıcı artıq ərizəsini də yazıb.

Aparıcı ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab vermədi. Onun hazırda məzuniyyətdə olduğunu öyrəndik. Bəzi mənbələr isə L.Ələkbərqızının çəkilişlərdə olduğunu söyləyib.

Qeyd edək ki, telekanalın rəhbəri Ədalət Əliyev sosial şəbəkədə etdiyi paylaşımla hər kəsi təəccübləndirib. O, İnstaqramda “Lider” telekanalı adından açılan saxta profillərə qarşı mübarizə apardıqlarını vurğulayıb. Ə.Əliyev rəsmi İnstaqram səhifələrini paylaşaraq “Saxta profillərə abunə olmayın. Onlara qarşı istintaq işi açılıb” sözlərini yazıb.

Xatırladaq ki, L.Ələkbərqızı əvvəl AzTV-də fəaliyyət göstərib. 11 ildir “Lider” telekanalında çalışır.

***

“Qafqazinfo” mövzu ilə bağlı L. Ələkbərqızının mövqeyini öyrənmək istədə də, aparıcı xəbəri nə təsdiq, nə də təkzib edib.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, L.  Ələkbərova ilə rəhbərlik arasında narazıçılıq yaranıb, mübahisə düşüb. O, öz şəxsi istəyi ilə ərizəsini yazaraq Lider TV-dən gedib.