Britaniya avtomobil markası olan MINI 2019-ci ildə ilk tam elektrik seriyalı modellərini istehsal edəcək. Bu haqda Motor Authority xəbər verir, avtomobil Countryman bazasında yaradılacaq.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Mini Cooper Oksford zavodunda yığılacaq, lakin güc qurğusunun komponentləri Almaniyadan idxal ediləcək.

Hazırda avtomobilin texniki məlumatları barədə heç bir məlumat yoxdur. Təxmini qiyməti də məlum deyil.