Bosch və Mercedes-Benz birlikdə tam avtomatik parking sistemi tədqiq ediblər. AzEuroNews.com-un məlumatına görə, bu texnologiya xüsusi ötürücülərin istifadə edilməsinə əsasən hazırlanıb və yaxın ərazidə olan boş yerləri “görür”. Sürücü avtomobili tərk edir, öz smartfonu vasitəsilə parking yeri seçir və sistem avtomobilə bu yerdə dayanmağa “icazə” verir.

Qeyd edək ki, bu texnologiyanın işləməsi üçün xüsusi avtodayanacaq da olmalıdır. Sistem hələ ki, test mərhələsindədir.