Fərhad Çağtürk / Ştutqart –  Almaniyada dizel yanacağı ilə işləyən avtomobillərin hərəkətini qadağan edən qanun qəbul edilib. AzEuroNews.com-un məlumatına görə, Ştutqart şəhər Məhkəməsi  Ətraf Mühiti Qoruma Dərnəyinin tələbini haqlı sayaraq, dizel mühərrikli avtomobillərin şəhərdə hərəkətini qadağan edən qanunu qəbul edib.

Qanunun icrası isə, 2018-ci ilin yanvar ayından başlayacaq. Məlumat üçün qeyd edək ki, Ətraf Mühiti Qoruma Dərnəyi Baden-Württemberg Əyalət Məhkəməsinə müracitə edərək dizel motorlu avtomobillərin əyaltdə hərəkətinin qadağan olumasını tələb etmişdi. Məhkəmə isə, avtomobil sahiblərinin hüquqlarını daha üstün hesab edib və dərnək istəyinə nail ola biləməyib.

Mütəxəssislər hesab edir ki, Almaniyada şəhərlərdə bu kimi məhkəmə proseslərinin keçirilməsi dizel motorlu avtomobillərin sonunu gətirə bilər.