Qüdsdəki İslam Vəqfləri İdarəsi  “Məscidi-Əqsa”dakı bütün qapıların açılacağını və yaş məhdudiyyətinin tətbiq edilməyəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı idarənin sözçüsü Firas Dibs verib.

Məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, İsrail “Məscidi-Əqsa”nı 2 həftə bağlı saxladıqdan sonra dünən açmış və sadəcə 50 yaşdan yuxarı insanları məscidə buraxmışdı.