Amerikalı aktrisa Cenifer Eniston və Riz Uizerspun 17 ildən sonra yenidən eyni filmdə rol alacaqlar.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, telekanalın məlumatına görə, Eniston və Uizerspun həmçinin filmin icraçı prodüserləri kimi də çıxış edəcəklər.

Qeyd edək ki, aktrisalar birlikdə 2000-ci ildə artıq bir yerdə işləyiblər. “Dostlar” serialında Eniston baş rollardan birində oynayıb, Uizerspun isə Eniston Reyçel Qrin qəhrəmanının bacısı rolunda çəkilmişdir.