Fərhad Çağtürk / Qax – Qaxda güclü yanğın, sahibkara xeyli ziyan dəydi. AzEuroNews.com-un məlumatına görə, yanğın hadisəsi Qax rayonunun Qıpçaq kəndində taxta sexində və tövlədə baş verib. Kənd sakini Roman Asıralı oğlu Nəbiyevə məxsus ümumi sahəsi 128 kv.m. olan taxta sexi, sexə bitişik 48 kvadratmetrlik mal tövləsi, eləcə də həyətində olan yük avtomobili yanıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qarşısını almaq heç də asan olmayıb. Nəticədə taxta sexində olan 7 kubmetr çinar taxtası, 5 ədəd dülgər dəzgahı, “QAZ-53” markalı yük avtomobilinin yük yerində olan 5 kubmetr odun və mal tövləsinin çardağına yığılmış 580 ədəd ot bağlaması təmamilə yanıb. Yanğın baş verən zaman sexdə xoşbəxtlikdən adam olmayıb. Yanğının səbəbləri araşdırılır.

246077bf-6c04-4d24-91c3-8de9a39870c6 b553a855-e9a4-4517-aa9a-3bf75b12a4e9 ffc21d83-efad-4b1b-833b-034c70593e41