TV8 kanalının rəhbəri Acun İlıcalı evlənməyə hazırlaşdığı Şeyma Subaşına 56 milyon lirəlik (təxminən 28 milyon manat) İstanbul boğazı yaxınlığında ev alıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı-prodüser bunu Şeymaya toy hədiyyəsi olaraq bağışlayıb. O, toydan sonra Acunun ona hədiyyə etdiyi evdə məskunlaşacaq.

Qeyd edək ki, Acunla Şeyma sentyabrda Fransada nikaha girəcəklər. Cütlük indidən toy hazırlığına başlayıb.