Hindistanın Orissa ştatına ildırım düşməsi nəticəsində 11 nəfər ölüb, 8 nəfər də yaralanıb.

Bir nəfər isə yağışdan qaçmaq üçün gizləndiyi ağaca ildırım düşməsi səbəbindən ölüb.

Qeyd edək ki, iyulun 10-da Hindistanın Bihar ştatında ildırım düşməsi nəticəsində 31 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdı.

Məlumat üçün bildirək ki, Hindistanda iyuldan sonra musson yağışları aktivləşməyə başlayır. Bu dövrdə ildırım düşməsi və güclü leysanlar səbəbindən hər il çoxlu ölüm faktı qeydə alınır.