Türkiyənin Şanlıurfa əyalətində Mehmet Malbora adlı şəxs Mustafa Kamal Atatürkün heykəlinə oraq aləti ilə zərər verməyə çalışıb.

Publika.az xəbər verir ki, səyyar satışla məşğul olan Mehmet İslam dini qaydalarında bütpərəstliyə yer olmadığını səbəb gətirərək Atatürkün heykəlini parçalamaq istəyib.

O, heykəlin yanına çıxaraq “Dinimizdə bütpərəstliyə yer yoxdur. Bütpərəstliyə sahib çıxanlar peyğəmbərin soyundan deyil”-, deyə qışqırıb.

Dərhal hadisə yerinə gələn jandarm işçiləri Mehmeti heykəldən uzaqlaşdırıb və polisə təslim edib.