Türkiyənin 17 yaşlı ulduzu Aleyna Tilkinin yeni təqdim etdiyi “Sən olsan bari” adlı klipi plagita çıxıb. 

“Qafqazinfo” Posta qəzetinə istinadən xəbər verir ki, 3 gün ərzində 16 milyon baxış toplayan və “Youtube”nun dünya siyahısında 10-luğa daxil olan ekran işinin rejissoru Serdar Börcan oğurluğa əl atıb.

“Sən olsan bari”nin görüntüləri amerikalı pop ulduz Britney Spearsin 1999-cu ildə “Crazy” və 2013-cü ildə “Work B.tch” adlı mahnılarına çəkdirdiyi kliplərdən bəhrələndiyi ortaya çıxıb.