ABŞ-ın Venesuela liderinə qarşı tətbiq etdiyi şəxsi sanksiyalar onun çarəsizliyini, ümidsizliyini və nifrətini göstərir.

Axar.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro televiziya vasitəsi ilə xalqa müraciəti zamanı bildirib. Maduro ona qarşı yönələn sanksiyalardan qorxmadığını dilə gətirib.

“Donald Tramp Venesuelaya qarşı həyatının ən böyük səhvini edir. Bu Venesuela xalqı və prezidentinə qarşı qəzəb dolu reaksiyadır. Çünki biz onların Müəssislər Məclisinə keçirilən seçkiləri dayandırmaqla bağlı sifarişini yerinə yetirmədik. Onlar sanksiyalar tətbiq etməyə davam edəcək, ancaq Venesuela xalqı artıq azad olmağa qərar verib. Mən imperiyadan qorxmuram. Azad ölkəmin müstəqil prezidentiyəm. Mənə qarşı tətbiq edilən sanksiyalarla fəxr edirəm”, – Maduro əlavə edib.

Xatırladaq ki, bir qədər ABŞ hökuməti Nikolas Maduronun ölkədəki bütün aktivlərinin dondurulması ilə bağlı qərar vermişdi.