2016-ci ildə World Travel Awards mükafat mərasiminin nəticələrinə görə Rixos Premium Tekirova ən yaxşı ailə oteli seçilib. Və hər ilin adəti olaraq artıq 16 avqust tarixindən 18 avqust tarixinə qədər otelimiz artıq üçüncü dəfədir ki ənənəyə çevrilən Rixy Fest uşaq festivalını keçirir. Bu festivalda müxtəlif ölkələrdən mindən çox uşaq iştirak edir.

Uşaqların və ruhu uşaq qalanların üzündəki sevinc sözsüz ki bizim əsas prioritetimizdir. Məhz bu səbəbdən Rixos Premium Tekirova 16 avqustdan 18 avqusta qədər növbəti uşaq festivalını təşkil edir. 16 avqustda Riksi klubun ad gününün qeyd olunması unudulmaz istirahətə gözəl anlar qatacaq. Bütün dünyadan mindən çox uşağın iştirak edəcəyi uşaq sevinci və coşqusu ilə dolu olan bayramımız məhz bundan başlayacaq.

Riksi Klubun ad gününün qeyd olunması çərçivəsində biz tədbirin ilk günündə 630 metr uzunluğu olan tarixin ən böyük meyvə piroqunu hazırlayacıq. Bununla biz dünya rekordunu qıraraq Ginnesin Rekordlar Kitabına düşməyi planlaşdırırıq.

Dünya rekordunu qırmaq cəhdindən sonra çoxsaylı əyləncəli tədbir, şou proqramla başlayacaq və Open Kids qrupunun konserti ilə gecə yarısı bitəcək təntənəli karvan hərəkət etməyə başlayacaq.

17 avqust – festivalın ikinci günündə italyan baş aşpazı Danilo Zanna yeni evlilərlə öz yemək sirlərini paylaşacaq və gecənin sonunda saat 22:00-da məşhur estrada müğənnisi Ani Lorakın konserti baş tutacaq.

Bayramın son günü – 18 avqust – Danilo Zannanın iştirakı ilə müsabiqə keçiriləcək. Burada balaca aşpazlarımız evdəki baş aşpazları – anaları ilə yarışacaq.

https://www.youtube.com/watch?v=ie-umaZcBOI